AMEA Mərkəzi Elmi Kitabxanası annotasiyalı biblioqrafik göstərici nəşr edib

AMEA Mərkəzi Elmi Kitabxanası annotasiyalı biblioqrafik göstərici nəşr edib
# 24 iyun 2014 16:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. AMEA Mərkəzi Elmi Kitabxanası ötən ildə kitabxananın fonduna daxil olan kitabların annotasiyalı biblioqrafik göstəricisini hazırlayaraq nəşr edib. Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, biblioqrafik göstəricinin bu buraxılışında AMEA Mərkəzi Elmi Kitabxanasına 2013-cü ildə Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində yeni daxil olan kitablar haqqında məlumat verilib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu ilə işıq üzü görən göstəricidə təqdim olunan kitablar dillər üzrə, elm sahələri və daxili əlifba sırası ilə qruplaşdırılıb.

Kitabların qarşısında göstərilən şifrələr oxuculara kataloqa müraciət etmədən lazım olan ədəbiyyatı fərdi abonement, qiraət zalları və kitabxanalararası abonement vasitəsi ilə sifariş etmək imkanı yaradır.

Qeyd edək ki, göstərici AMEA Mərkəzi Elmi Kitabxanasının Elmi Şurasının qərarı ilə çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR