İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib
# 01 may 2014 08:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Xorasan Rəzəvi vilayətində 3 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qəsdən adam öldürməkdə günahlandırılaraq dara çəkiliblər.

Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 28-də səhər saatlarında Məşhəd şəhərinin həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR