Saatlı rayon sakini intihar edib

Saatlı rayon sakini intihar edib
# 28 aprel 2014 22:01 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı rayon polis şöbəsindən verilən məlumata görə, Saatlı rayonunun Mustafabəyli kənd sakini, 1996-cı il təvəllüdlü Şəmmədova Rəmziyyə Əlibala qızı aprelin 28-də, səhər saatlarında yaşadığı həyətdə ağacdan asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib.

İntiharın səbəbi istintaq tərəfindən araşdırılır. Kənd sakinlərindən birinin bildirdiyinə görə, Rəmziyyə Şəmmədovanı sevmədiyi oğlanla nişanlanmaq istəyiblər. Elə bu səbəbdən də onun özünü asaraq intihar etdiyi ehtmal olunur.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR