Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton şəhər meriyasının ənənəvi mədəni proqramında iştirak edib - FOTOSESSİYA

Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton şəhər meriyasının ənənəvi mədəni proqramında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2013 06:52 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın paytaxtı Vaşinqtonda şəhər meriyası tərəfindən may ayının 4-də “Dünya boyu səfirliklər turu” adlı mədəni tədbir təşkil olunub. Builki tədbir Azərbaycanın ABŞ-dakı səfirliyi üçün əlamətdar bir hadisə olub, belə ki, səfirlik 6 ildən bəri həyata keçirilən və artıq ənənəvi xarakter qazanmış bu mədəni təşəbbüsdə ilk dəfə iştirak edərək, həmin gün qapılarını paytaxt sakinləri və Vaşinqtonun çoxsaylı qonaqlarının üzünə açıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, 2013-cü ildəki tədbirə qatılmış 70 səfirlikdən biri olaraq Azərbaycan səfirliyinin əməkdaşları gün ərzində çoxsaylı qonaqları qarşılayaraq, onları səfirliyin inzibati binasında sərgilənən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlərin nümayişi ilə ölkənin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi, füsunkar təbiəti və qonaqpərvər insanları haqqında məlumatlandırıb və onların suallarını cavablandırıblar.

Ziyarətçilər üçün Azərbaycan mətbəxinin şah əsəri olan plov süfrəsi açılıb. Təqdirəlayiq haldır ki, “Dünya boyu səfirliklər turu”nda birinci iştirakında Azərbaycan səfirliyinə 1000-dən artıq ziyarətçi baş çəkib və Azərbaycanın Vaşinqtonda kiçik bir parçası olan bu məkandan növbəti ildə yenidən qayıtmaq vədi ilə ayrılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR