1992-2013-cü illər ərzində Azərbaycanda 807853 şəxs tələbə statusu qazanıb

1992-2013-cü illər ərzində Azərbaycanda 807853 şəxs tələbə statusu qazanıb
# 29 yanvar 2014 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə informasiya təminatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və təhsil müəssisələri tərəfindən həyata keçirilir. TQDK-dan APA-ya verilən xəbərə görə, 1992-2013-cü illər ərzində TQDK-nın keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 807853 şəxs, o cümlədən 527972 nəfər bakalavr, 35601 nəfər magistr, 160842 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 96542 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat sistemə daxil edilib.

Hazırda bazada 820957 şəxs haqqında məlumat mövcuddur. Yaranmış fərq yerli təhsil müəssisələrinin xarici təhsil müəssisələrindən həyata keçirdiyi köçürmələr, Azərbaycan Respublikası vətəndaşlığı olmayan şəxslərin qəbulu, əlavə təhsil almaq istəyən şəxslərin qəbulu və bəzi illərdə təhsil müəssisələrinin daxili əmri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul olunmuş tələbələrin hesabınadır.

Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 2891 nəfər, xarici təhsil müəssisəsindən köçürülmüş 5766 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 2840 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olan 1607 nəfər haqqında məlumat daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR