Türkiyədə məhkəmə “YouTube”a girişin qadağan olunması barədə qərarı qüvvədə saxlayıb - VİDEO

Türkiyədə məhkəmə “YouTube”a girişin qadağan olunması barədə qərarı qüvvədə saxlayıb - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 22:51 (UTC +04:00)

APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, Ankaranın Gölbaşı Cinayətlər Məhkəməsi bu qərarını cinayətə səbəb olan materialların “YouTube”-dən qaldırılmaması ilə əsaslandırıb.

Qeyd edək ki, məhkəmə aprelin 4-də “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv etmişdi. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəkdilər.

Lakin aprelin 5-də gecə saatlarında qərar dəyişdirilib.

Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR