Qubada və Xaçmazda yanğın baş verib

Qubada və Xaçmazda yanğın baş verib
# 03 avqust 2013 21:50 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Tağıoba kəndində bələdiyyəyə məxsus ərazidə 13 hektar sahədə biçilmiş taxıl sahəsi və 19 ədəd fındıq ağacı yanıb.


Daha bir yanğın Quba rayonunda qeydə alınıb. Quba rayonu, Qımılqışlaq kəndində bələdiyyəyə məxsus ərazidə 6 hektar sahədə kol-kos yanıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.


Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR