Xəzər dənizinin təhlükəli tullantılarla çirklənməsi dəfələrlə azalıb

Xəzər dənizinin təhlükəli tullantılarla çirklənməsi dəfələrlə azalıb
# 21 noyabr 2013 10:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son illər Azərbaycanda sənaye istehsalı artsa da, Xəzər dənizinin təhlükəli tullantılarla çirklənməsi on dəfələrlə azalıb. APA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, Xəzər dənizinin təhlükəli tullantılardan təmizlənməsində artıq SSRİ-dən qalmış ənənəvi texnologiyalardan istifadə olunmur.

H. Bağırov bildirib ki, suların yeganə çirklənmə mənbəyi keçmişdən qalan, sualtında yaxşı konfiqurasiya olunmayan quyulardan olan axıntılardır: “Bizim Neft Daşları ətrafında bu baş verir. SSRİ dağılandan sonra siyasi məqsədlərlə hansısa cırtdan ölkənin reytinq təşkilatı Sumqayıtı çirkli şəhərlər siyahısına salır. Amma SSRİ dövründən Sumqayıt və ona yaxın Xəzər sahilləri bir mövzu idi , bu gün tamamilə başqa mövzudur. Həmin ərazi sularının təmizlənməsi işləri çox fəal şəkildə gedib”.

Nazir qeyd edib ki, Xəzər dənizinin suları neftlə çirkləndiyi halda dənizin xüsusiyyətinə uyğun olaraq öz-özünə təmizlənir. Onun sözlərinə görə, Xəzər dənizinin dibində indinin özündə çox aktiv vəziyyətdə olan, neft sızdıran təbii qrikonlar var: “Neft arqonik material olduğu üçün onu da yeyən müəyyən bakteriyalar var. Həmin bakteriyalar çoxalır və neft qalıqlarını emal edirlər. Xəzər dənizi və ya sahilə düşən neft qalıqları da bakteriyaların fəallığı nəticəsində bir neçə gündən sonra yox olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR