Azərbaycan Milli Məclisi: Minsk Qrupu ATƏT Parlament Assambleyasında hesabat verməlidir

Azərbaycan Milli Məclisi: Minsk Qrupu ATƏT Parlament Assambleyasında hesabat verməlidir
# 02 may 2014 09:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.

“Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, mütləq qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, növbəti sessiyalarından birinə Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin”, - deyə spiker bildirib.

Təklif parlament tərəfindən dəstəklənib və qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR