Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə məlumat açıqlayıb

Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə məlumat açıqlayıb
# 11 aprel 2014 15:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatda vətəndaşların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, bildirilir ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır: “Belə hallarla rastlaşdığınız təqdirdə Nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.

Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR