Bu il Azərbaycanda dövlət büdcəsindən elmə ayrılan vəsaitin 60%-i AMEA üçün nəzərdə tutulub

Bu il Azərbaycanda dövlət büdcəsindən elmə ayrılan vəsaitin 60%-i AMEA üçün nəzərdə tutulub
# 24 aprel 2013 09:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu AMEA prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə Akademiyanın illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il dövlət büdcəsindən elmə ayrılan vəsaitin 78 milyon manatı AMEA üçün nəzərdə tutulub. Bu isə ölkədə elmə ayrılan vəsaitin 60%-i deməkdir.

A.Əlizadə deyib ki, ölkədə elmə diqqət getdikcə artır: “Alimlərimiz öz əməklərini səfərbər edib buna adekvat cavab verməlidir. Son illərdə ölkə prezidentinin sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılıb. AMEA-nın regional bölmələri maddi-texniki bazalarını gücləndirib. 2012-ci ildə elmimizin ən yüksək göstəricisi tarixçi alimlərimizin dövlət mükafatına layiq görülməsidir. Bu, akademiyanın dövlət qarşısında böyük uğurudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR