Ziya Bünyadov prospektinin dörd günlük bağlanan hissəsinə alternativ yollar təklif olunub

Ziya Bünyadov prospektinin dörd günlük bağlanan hissəsinə alternativ yollar təklif olunub
# 11 dekabr 2014 07:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində nəqliyyatın hərəkəti dünəndən etibarən tam məhdudlaşdırılıb. Artıq ərazidə yol nişanları yerləşdirilib.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev , deyib ki, sürücülər alternativ yol kimi Ələsgər Qayıbov və Müzəffər Nərimanov küçələrindən istifadə edə bilərlər.

“Belə ki, 20 Yanvardan gələn nəqliyyat vasitələrinin “Çermet” körpüsündən düşən kimi 200 metr qabaqdan sağa dönüb, Ələsgər Qayıbov küçəsinə çıxmaları mümkündür. Bu küçə ilə Heydər Əliyev prospektinə çıxıb və həmin prospektlə “Bağırov” tunelinin üzərində dönmə əməliyyatı ilə yenidən Böyük Şor yol qovşağı - “Koroğlu” metro stansiyası tərəfə gələ bilərlər”, - deyə qurum rəsmisi qeyd edib.

Digər alternativ yol - Müzəffər Nərimanov küçəsi barədə danışan yol təsərrüfatı qurumunun sözçüsü bildirib ki, sözügedən küçə ilə hərəkət edərək Şəfa stadionun qarşısında yeni tikilən tuneldən keçib, 5-ci Köndələn küçəsindən dönmə əməliyyatı etməklə Heydər Əliyev prospekti ilə Böyük Şor yol qovşağına çıxmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR