Azərbaycan Diplomatik Akademiyasında 7-cı Bakı Yay Enerji Məktəbi təşkil ediləcək - FOTO

Azərbaycan Diplomatik Akademiyasında 7-cı Bakı Yay Enerji Məktəbi təşkil ediləcək - <span style="color: red;">FOTO
# 13 fevral 2013 14:09 (UTC +04:00)

Diplomatik Akademiyadan APA-ya verilən məlumta görə, Yay Məktəbində Azərbaycanın enerji sektorunu təmsil edən ARDNŞ, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Fondu, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin nümayəndələri də qatılacaqlar. Bununla yanaşı, Xəzəryanı ölkələrin, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles Universiteti və Texas A&M Universitetinin, "Nabukko"və "TAP" layihəsi təmsilçilərinin, Avropanın aparıcı universitetlərinin mütəxəssislərinin dinləyicilər qarşısında çıxışları planlaşdırılır. İştirakçılar qarşısında həmçinin BP, Exxon, TOTAL, Statoil, Lukoil kimi enerji şirkətlərin rəhbərləri də çıxış edəcəklər.

Azərbaycan Diplomatik Akademiyasının 7-cı Bakı Yay Enerji Məktəbində enerji siyasətinin iqtisadi və siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhvəsi və digər məsələlər diqqət mərkəzində olacaq. Proqram haqqında daha ətraflı məlumatı və yay məktəbində iştirak üçün ərizə formalarını Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin ccee.ada.edu.az internet səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR