Ukrayna, Rusiya, Almaniya və Fransa prezidentlərinin görüşü nəzərdə tutulur

Ukrayna, Rusiya, Almaniya və Fransa prezidentlərinin görüşü nəzərdə tutulur
# 19 avqust 2014 10:06 (UTC +04:00)

APA-nın Lenta.ru-ya istinadən məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilib.

Qeyd olunub ki, danışıqlar zamanı Ukrayna prezidenti böhranın həlli istiqamətində Almaniya hökumətinin səylərini, xüsusilə də bu günlərdə XİN başçılarının Berlində keçirilmiş dördtərəfli görüşünü yüksək qiymətləndirib.

Tərəflər razılaşıb ki, danışıqlarda növbəti mərhələ yüksək səviyyəli görüşlər formatında olmalıdır. Məhz bu məqsədlə artıq dörd ölkənin (Ukrayna, Rusiya, Almaniya və Fransa) prezidentləri səviyyəsində dördtərəfli görüşün təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Poroşenko və Putinin görüşü barədə avqustun 15-də Avropa Birliyinin Rusiyadakı səfiri Viqaudas Uşatskas da söz açıb. Onun dediyinə görə, prezidentlərin görüşünə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da qatıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR