Xaçmazda sərxoş sürücü idarə etdiyi yük maşınını ağaca çırpıb - VİDEO

Xaçmazda sərxoş sürücü idarə etdiyi yük maşınını ağaca çırpıb - <span style="color: red;">VİDEO
# 03 noyabr 2015 06:34 (UTC +04:00)

APA. Vəli Turan. Xaçmaz. Bu gecə Xaçmaz rayonunun Xudat şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, Gəndob-Yalama yolunun Xanlıqoba kəndi ərazisindən keçən hissəsində Sumqayıt şəhər sakini, 60 yaşlı Adil Əliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan sürücüyə sağ diz və sol topuq oynağının qapalı sınığı, alkoqol sərxoşluq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR