İtalyan dili həftəsi başa çatıb - FOTOSESSİYA

İtalyan dili həftəsi başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 26 oktyabr 2015 08:14 (UTC +04:00)

Bakı-APA. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyd olunan İtalyan Dili Həftəsi başa çatıb.

APA-nın xəbərinə görə, İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə İtalyan mədəniyyətinin müxtəlif nümunələri ictimaiyyətə təqdim olunub.

İtalyan Dili Həftəsi çərçivəsində ilk tədbir oktyabrın 20-də, 132-134 saylı təhsil Kompleksində keçirilib. Tədbir çərçivəsində İsveçrəli şair və yazıçı Tommaso Soldininin “Skarlatina haqqında” hekayəsi və Radmila Gordiçin ilustrasiyalı “Düymə” kitabı təqdim olunub.

Oktyabrın 21-də isə İncəsənət Muzeyində “Uno per Una” (Bir-bir) adlı gecə keçirilib. Gecədə İsveçrənin tanınmış şair və yazıçısı Tommaso Soldininin “Uno per Uno” adlı kitabında yer alan hekayələr bəstəkar və gitaraçı Mimmo Prisconun müşaiyəti müəllifin öz ifasında təqdim olunub.

Növbəti tədbir oktyabrın 22-də, Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. İtaliya ədəbi dilinin banisi şair Dante Aligyerinin 750 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə “Dante və Füzulinin dioloqu” adlı konsert təqdim olunub. Konsertdə Pierluigi Destronun dirijorluğu altında simfonik orkestrin ifasında F.Liszt, K.Əli-zadə, S.Muskaritolon və Nərgiz Əliyarovanın əsərləri səsləndirilib. Oktyabırın 24-də isə Bakıda yerləşən “Scalini” italyan restoranında “İtaliya Mətbəxinın Sədası ” adlı tədbir keçirilib. Tədbirdə qonaqlar İtaliyanın ecazkar mətbəxi və musiqisi tanış olublar.

Xatırladaq ki, hər il bütün dünyada oktyabr ayının 3-cü həftəsi “Dünya İtalyan Dli Həftəsi” kimi qeyd olunur. Bu müddət ərzində ayrı-ayrı ölkələrdə İtaliyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, diplomatlarının iştirakı ilə silsilə tədbirlər keçirilir, italyan dilinin bəşəriyyətə bəxş etdiyi yüksək dəyərlərdən söhbət açılır.

Bu il Bakıda keçirilən İtalyan Dili Həftəsi millət vəkili Azər Kərimlinin rəhbərlik etdiyi Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR