Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cənub Qaz Dəhlizi layihəsi qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyinin təminatçısı olacaq.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) II İllik Xəzər Texniki konfransında deyib.
"Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının diversifikasiyası və tədarükü üzrə əsas layihə kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyi təmin olunacaq. Strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və regionla məhdudlaşmayan bu layihə həm də mürəkkəb geosiyasi şəraitdə olan Avropanın qaz asılılığından xilasına hesablanmış, həm də alternativ enerji mənbəyi kimi bütün dünyanın diqqət mərkəzindədir", - deyə nazir müavini qeyd edib.