Qazaxıstan yazıçısı Berik Şaxanovun kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

Qazaxıstan yazıçısı Berik Şaxanovun kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 mart 2013 10:55 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Azərbaycan Yazıçılar Birliyində Qazaxıstan yazıçısı Berik Şaxanovun “Böyük çölün hekayələri” adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar B. Şaxanovun Azərbaycanla çox sıx əlaqələrinin olduğunu bildirib.

Azərbaycan dilində ilk dəfə nəşr olunan kitabda baba-nəvə, nənə-nəvə tandemi üstünlük təşkil edir. Oxuculara təqdim olunan hekayələrdə elat təfəkkürü, qazax yaşam tərzi və düşüncəsinə geniş yer ayrılıb.

Qeyd edək ki, Berik Şaxanovun bu kitabda toplanan əsərləri rus dilindən Azərbaycan türkcəsinə tərcümə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR