Mahmud Əhmədinejad: “ABŞ-ın dialoq təklifini araşdıracağıq”

Mahmud Əhmədinejad: “ABŞ-ın dialoq təklifini araşdıracağıq”
# 06 fevral 2013 10:29 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ-ın dialoq təklifini araşdıracağıq”. APA-nın İran prezidentinin rəsmi saytına istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad ABŞ-ın vitse-prezidenti Co Baydenin Vaşinqtonun Tehranla birbaşa müzakirələr aparmaq təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ rəsmilərinin ifadələri yeni və müsbətdir: “Ancaq biz rəsmi Vaşinqtonun İrana qarşı davranışının müsbət olması vəziyyətində dialoq təklifini qiymətləndirəcəyik. Əgər onların mövqeyində səmimi dəyişmə olsa, biz də hadisəyə müsbət baxar və təklifi araşdırarıq”.

M.Əhmədinejad həmçinin Fars körfəzinin təhlükəsizliyini tarix boyunca İranın təmin etdiyini deyib: “Ancaq xarici qüvvələr Fars körfəzinə ayaq basdığı gündən körfəzin təhlükəsizliyi təhlükə altına düşüb. Bu gün bölgə üçün Fars körfəzindəki ABŞ və Böyük Britaniya hərbi bazalarından başqa heç bir problem yoxdur”.

İran prezidenti vurğulayıb ki, rəsmi Tehran bölgə ölkələri ilə əlaqələrini gücləndirməyə çalışır: “Bölgə məsələlərinə strateji baxışın dəyişməsi lazımdır. Çünki bölgənin minlərlə kilometr kənarından gələn əcnəbilər regionu idarə etmək istəyirlər. Qərb ölkələri zəngin qaynaqları olan Fars körfəzində suverenliyə sahib olmaq niyyətindədirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR