Şəmkirdə baş verən qətlin təfərrüatı açıqlanıb

Şəmkirdə baş verən qətlin təfərrüatı açıqlanıb
# 12 fevral 2013 14:24 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon prokurorunun köməkçisi Elnar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, fevralın 11-də saat 21 radələrində Şəmkir rayonun Mahmudlu kənd sakini, 1984-cü il təvəllüdlü Xudiyev Elmar Əli oğlu ölmüş vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Onun döş qəfəsinin ön nahiyəsində kəsici-deşici xəsarət olub.

Faktla əlaqədar Şəmkir rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

İlkin istintaq əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Elmar Xudiyev rayonun Mahmudlu kəndi ərazisində, özünə məxsus “Qazel” markalı avtomaşında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Şəmkir rayonu, Yeniabad kənd sakini, 1993-cü il təvəllüdlü Sədaqət Qafarova tərəfindən qətlə yetirilib.

Cinayəti törədən Sədaqət Qafarova bu gün şübhəli şəxs qismində saxlanılıb. Hazırda iş üzrə istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR