Bakıda oğurluq edən Türkmənistan vətəndaşı tutulub

Bakıda oğurluq edən Türkmənistan vətəndaşı tutulub
# 17 aprel 2015 09:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda oğurluq hadisələri törədən şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Suriya vətəndaşı Said Almohammada məxsus noutbuku oğurlamış Türkmənistan vətəndaşı Ağabala Rzayev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də İran vətəndaşı Murad Əlizadə-Yeganiyə məxsus noutbuku, habelə aprelin 15-də Salyan rayon sakini Əhməd Məmmədovun mobil telefonunu oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR