Sem Uerberq: “ABŞ Rusiyanın İrana S-300 komplekslərini göndərməsi ilə bağlı xəbərləri təmkinlə izləyir”

Sem Uerberq: “ABŞ Rusiyanın İrana S-300 komplekslərini göndərməsi ilə bağlı xəbərləri təmkinlə izləyir”
# 01 iyun 2016 10:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ABŞ İrana S-300 zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı hələlik Rusiyaya qarşı sanksiya barədə qərar qəbul etməyib”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin İran şöbəsinin mətbuatla əlaqələr nümayəndəsi Sem Uerberq deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti Rusiya tərəfindən İrana S-300 zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı xəbərləri təmkinlə izləməkdə davam edir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi aprelin 11-də S-300 zenit-raket komplekslərinin ilk partiyasının çatması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR