Pakistanda törədilmiş bir neçə partlayışda 16 nəfər ölüb, onlarla insan yaralanıb

Pakistanda törədilmiş bir neçə partlayışda 16 nəfər ölüb, onlarla insan yaralanıb
# 14 fevral 2013 18:17 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-şərqində törədilmiş bir neçə partlayışda ən azı 16 nəfər ölüb, onlarla insan yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Orakzay vilayətində baş vermiş birinci insidentdə içərinsində islamçı silahlılarla əməliyyatdan qayıdan 20 nəfər hakimiyyət yönümlü könüllülər olan avtobus yolda quraşdırılmış minaya düşüb. Nəticədə 7 nəfər ölüb.

Həmin vilayətdə törədilmiş ikinci partlayışda iki nəfər ölüb və onlarla dinc sakin yaralanıb. Hayber-Paxtunxva vilayətində hərbi blok postda kamikadze tərəfindən törədilmiş üçüncü partlayışda ən azı yeddi nəfər ölüb.

Terror aktlarına görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. Partlayışları “Təhrik Talibani Pakistan” radikal hərəkətin törətdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR