“Bakcell” Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayıb - FOTO

“Bakcell” Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayıb - <span style="color: red;">FOTO
# 18 dekabr 2014 07:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın ilk mobil operatoru və mobil internet provayderi “Bakcell” şirkəti ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində “ƏlfəCIN” adlanan intellektual layihəyə start verir.

Bakcell-dən “APA-Economics”ə verilən məlumata görə, “ƏlfəCIN” layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

“ƏlfəCIN” layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil ediləcək.

Dekabr 14-də layihə çərçivəsində ilk yarış olan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Qış Kuboku Xəzər İntellektual Gənclər Klubu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Bakcell-in dəstəyi ilə təşkil olunub. Ölkənin ən güclü 27 komandasının çıxış etdiyi turnirdə 160 - dan çox iştirakçı qatılıb. Turnir hərəsində 15 sual olmaqla 5 turdan ibarət olub. Yarış çox maraqlı idman mübarizəsi ilə yadda qalıb. Nəticədə “Strekoza Geyzenberqa” komandası üçüncü, “Leviafan” komandası ikinci, “Vendetta” komandası isə birinci yerə sahib çıxıb.

2015-ci ilin yanvarında baş tutacaq növbəti yarış “Nə? Harada? Nə zaman?” oyunu üzrə Universiada olacaq. Turnirdə Azərbaycanın 16 bölgəsindən 1 000 nəfərdən çox tələbənin iştirakı gözlənilir. Layihə çərçivəsində təşkil olunacaq digər turnirlər barədə məlumatlar “Bakcell” və Xəzər İntellektual Gənclər Klubunun rəsmi web səhifələrində və sosial media hesablarında yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR