Mobil operatorların baza stansiyalarından oğurluq edən şəxslər tutulub

Mobil operatorların  baza stansiyalarından oğurluq edən şəxslər tutulub
# 02 aprel 2015 10:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda mobil operatorların baza stansiyalarından oğurluq edən şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlayan Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlı tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR