AMEA əməkdaşları Brüsseldə ezamiyyətdə olublar

AMEA əməkdaşları Brüsseldə ezamiyyətdə olublar
# 30 mart 2015 07:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov və Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Belçika Krallığının paytaxtı Brüssel şəhərində ezamiyyətdə olublar.

APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, məqsəd Avropa Birliyinin Mari Skladovskaya-Küri proqramı üzrə Milli əlaqələndirici şəxslərinin iclasında iştirak etmək idi.

Dünyanın 30-dan artıq ölkəsindən olan nümayəndələrin iştirak etdiyi tədbirdə sözügedən proqram üzrə təqdimatlar dinlənilib, layihələrdə iştirakla bağlı qaydalar diqqətə çatdırılıb. Bildirilib ki, Mari Skladovskaya-Küri proqramı üzrə elmi-tədqiqat və doktorantura təhsili üçün müxtəlif səviyyələrdə qrantlar ayrılır və gənc alimlərin dünyanın müxtəlif elmi mərkəzlərində təcrübə keçməsinə şərait yaradılır.

Qeyd olunub ki, Azərbaycan Avropa Birliyinin Mari-Skladovskaya Küri proqramı üzrə təlim və seminarlarda aktiv iştirak edərək, cari ildə bir neçə layihəni təqdim etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR