Bakıda yük avtomobili yanıb - FOTO - VİDEO

Bakıda yük avtomobili yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 dekabr 2014 03:21 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 1967 ci il təvəllüdlü Ruslan Mustafayev özünə məxsus "Ford" markalı yük avtomobili ilə Dərnəgül şosesinə doğru hərəkətdə olarkən anidən avtomobildə yanğın olub.

Sürücü avtomobildən düşüb dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat verib. Dərhal əraziyə dövlət yanğından mühafizə xidmətinin Nəsimi, Nərimanov və Binəqədi rayon yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi gəlib. Alov ram edilsə də avtomobil və onun yük yerində olan soyuducu kondisoner və xalçalar yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Sürücü Ruslan Mustafayevin sözlərinə görə, hadisə zamanı avtomobildə tək olub. İlkin ehtimala görə, yanğına avtomobilin elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğın yeni inşa edilən tunelin çıxışında olduğundan yolun hər iki istiqamətində təxminən 40 dəqiqəyə qədər tıxac yaranıb. Yanan avtomobil Dövlət Yol Polis əməkdaşları tərəfindən cərimə meydançasına aparıldıqdan sonra yolda avtomobillərin hərəkəti bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR