Prezident İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib  - <span style="color: red;">FOTO
# 07 aprel 2015 19:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.

APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.

Peyğəmbər məscidində din xadimləri dövlət başçısını qarşıladıqdan sonra, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qılıb.

Qeyd edək ki, bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir.

Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanına rəsmi səfəri aprelin 7-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR