Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib
# 15 iyun 2016 08:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib.

APA-nın “news.tj” saytına istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2017-2019 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 176 səs toplayaraq Şuranın üzvü olub.

Səsvermədə 193 ölkədən 185-i iştirak edib, nəticədə 18 yeni üzv qəbul edilib.

Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Koreya Respublikası, Tacikistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri də İqtisadi və Sosial Şuraya üzv seçilib.

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Şurası BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR