Əli Əkbər Vilayəti: “Suriyaya hücum İran hücumdur”

Əli Əkbər Vilayəti: “Suriyaya hücum İran hücumdur”
# 26 yanvar 2013 16:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Suriyaya hücum İrana və müttəfiqlərinə hücum deməkdir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. O bildirib ki, Suriya bölgədəki müqavimətin açarlarından biridir: “Suriya “Hizbullah”ın İsraillə 33 günlük, “Həmas”ın da 22 günlük müharibəsinə dəstək verib. Suriyanın bölgədəki müqavimət gücünün ayaqda qalmasında böyük rolu var. Bu baxımdan məqsədimiz müqavimət həlqəsini qoruyub saxlamaqdır”.

Ə. Vilayəti barəsində yayılan şayiələrə də aydınlıq gətirib: “Mən İranın ali dini lideri tərəfindən ABŞ-la müzakirə aparacaq nümayəndə təyin edilməmişəm və nə Omanda, nə də başqa bir yerdə bu ölkənin rəsmiləri ilə görüşməmişəm. Bu kimi təməl xarici siyasət mövzuları İranın ali dini liderinin səlahiyyətindədir və ayətullah Əli Xamneyi ABŞ-la müzakirə aparmaq üçün heç kimə icazə verməyib. ABŞ-la İranın ali dini liderinin icazəsi ilə və ya rəsmi şəkildə heç bir müzakirə reallaşmayıb. Ona görə də ABŞ-ın iddiası yalandır. Əgər belə bir müzakirə olubsa, sistemlə heç bir əlaqəsi yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR