AHİK: Güllələnən şəxsin Səttar Mehbalıyevlə heç bir qohumluq əlaqəsi yoxdur

AHİK: Güllələnən şəxsin Səttar Mehbalıyevlə heç bir qohumluq əlaqəsi yoxdur
# 15 avqust 2014 09:20 (UTC +04:00)

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov APA-ya bildirib ki, həmin şəxsin AHİK sədri, millət vəkili Səttar Mehbalıyevlə heç bir qohumluq əlaqəsi yoxdur və bu barədə yayılan informasiyalar yanlışdır: “Sadəcə olaraq soyad eynidir”.

Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR