Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı hərraca çıxarılır

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı hərraca çıxarılır
# 01 fevral 2013 07:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 4-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Fonddan «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar 100,3167% qiyməti ilə satışa çıxarılacaq.


Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən bu istiqraz buraxılışı ötən ilin dekabrın 21-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manat, gəlirlik dərəcəsi isə illik 3% təşkil edir. İstiqrazların ödənmə tarixi 2022-ci il noyabrın 6-dır.


Bu istiqrazların yerləşdirilməsinə dekabrın 28-də başlanılıb və bu günə kimi 11 mln. manat həcmində istiqraz yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR