Azərbaycan parlamentinə anemiyalı uşaqlarla bağlı yeni qanun layihəsi təqdim olunub

Azərbaycan parlamentinə anemiyalı uşaqlarla bağlı yeni qanun layihəsi təqdim olunub
# 14 mart 2013 11:03 (UTC +04:00)

Respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, bu problemin qarşısını almaq üçün Səhiyyə Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, artıq qida məlumatlarının, xüsusilə unun fortifikasiyası (unun zənginləşdirilməsi) ilə bağlı qanun Milli Məclisə təqdim olunub: “Bu tədbirlər uşaqlarda qidalanmanın xroniki pozğunluqları, o cümlədən ən vacib olan anemiyanın qarşısını almaq üçün həyata keçirilir. Unun fortifikasiyası ilə bağlı qanun layihəsi Səhiyyə Nazirliyi, Milli Məclis və beynəlxalq təşkilatlar tərəfindən birgə işlənərək sosial siyasət komitəsinə təqdim edilib”.

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda unun, şəkərin və digər ərzaq məhsulların da mikronutriyentlərlə zənginləşdirilməsi məsələsi Milli Məclisdə müzakirə edilir. Onun sözlərinə görə, bu yeniliklər “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər kimi nəzərdə tutulub: “Biz “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə və dəyişiklər edirik ki, müvafiq icra hakimiyyəti orqanları lazım bildikləri şəkildə bunu həyata keçirsinlər. Un və şəkər insanların ən çox işlətdiyi qida olduğuna görə, unun dəmirlə zənginləşdirilməsi dəmir defisit anemiyalarının aradan qaldırılmasına gətirib çıxaracaq. Bundan əlavə, şəkərin bəzi mikroelementlərlə zənginləşdirilməsi məsələsi gündəmdə ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR