Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Sosial Dəstək Fondu” yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Sosial Dəstək Fondu” yaradılacaq
# 04 fevral 2013 11:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu günə kimi Azərbaycanın 12 rayonunda 271 ailə Birdəfəlik ünvanlı yardım - Özünədəstək proqramına cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, proqramın cari ildə bütün ölkədə tətbiqi nəzərdə tutulur.

Bununla yanaşı, aztəminatlı ailələrin tam aktiv dövlət dəstəyi ilə təmin edilməsi üçün nazirlik yanında “Sosial Dəstək Fondu”nun yaradılması ilə bağlı təklif hazırlanıb. 2013-cü ildən Fondun fəaliyyətə başlaması üçün müvafiq işlər aparılacaq.

Ötə ilin yekununa olan məlumata əsasən, ölkə üzrə 403 266 nəfərə aylıq, o cümlədən 90 584 nəfərə birdəfəlik sosial müavinət ödənilir. Görülmüş tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 1 yanvar 2003-cü illə müqayisədə 2,6 dəfə artırılaraq, 50,2 manata çatıb. Eyni zamanda Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34 922 nəfərə şəxsin hər birinə ayda orta hesabla 116,9 manat məbləğində olmaqla Azərbaycan prezidentinin təqaüdü ödənilir.

2012-ci ilin yekununa görə, 548 668 nəfər ailə üzvünü əhatə edən 124 217 ailənin hər birinə ayda orta hesabla 114 manat, hər ailə üzvünə 26 manat ünvanlı sosial yardım ödənilir. Ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 2,8 dəfə artaraq 2012-ci ildə 84 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR