Sabah Bakının iki rayonu və Ağstafada qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Bakının iki rayonu və Ağstafada qaz təchizatı məhdudlaşdırılacaq
# 21 iyun 2016 15:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, iyunun 22-də saat 10:00-dan 13:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zığ”, saat 10:00-dan 18:00-dək isə Qazax magistral qaz kəmərləri sahəsinin “Ağstafa” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xətai və Suraxanı rayonlarının, həmçinin Ağstafa şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR