İran Ermənistana qaz nəqlini artırır

İran Ermənistana qaz nəqlini artırır
# 13 iyul 2016 08:54 (UTC +04:00)

Bakı - APA-Economics. Ermənistanın baş naziri Ovik Obramyanla İranın birinci vitse-prezidenti Eshaq Cahangiri arasında telefon danışığı olub.

"APA-Economics" "news.am" agentliyinə istinadən xəbər verir ki, iyulun 10-dan avqustun 10-dək magistral kəmərdə aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz nəqlinin dayandırılmasını xatırladan O. Obramyan İrandan Ermənistana nəql olunan qazın həcminin artırılması ilə bağlı müraciət edib. E. Cahangiri təklifə müsbət cavab verib.

Xatırladaq ki, Rusiyadan qaz nəqlinin dayandırılması səbəbi ilə Ermənistan əhalisinin qaz təchizatı yeraltı anbarlardakı ehtiyat qaz hesabına aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR