Avropa Liqası: "Qəbələ" MTK-nı məğlub edib

<span style="color: red;">Avropa Liqası:  "Qəbələ" MTK-nı məğlub edib
# 14 iyul 2016 23:27 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də meydana çıxıb.

Təmilçimiz Macarıstanda MTK-nın qonağı olub. Ötən mövsüm birinci mərhələdən başlayaraq qruplara qədərə irəliləməyi bacarmış Roman Qriqorçukun yetirmələri Azərbaycan tarixində ilk dəfə bir macar klubu ilə oynayıb.

Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Oyunun ilk 15 dəqiqəsinin tamamında Məhəmməd Mirzəbəyovun cərimə meydançası daxilindəki ehtiyatsız oyunu az qala komandaya baha gələcəkdi. "Qəbələ"nin qapısına penalti təyin olunsa da, ukraynalı qapıçı Bezotosnı rəqib kapitan Kantanın zərbəsini dəf edə bilib.

Bunan 10 dəqiqə sonra isə Nika Kvekveskiri hesabı açıb. Gürcü yarımmüdafiəçi cərimə zərbəsindən sonra iti bucaq altında yaxın küncü dəqiq nişan alıb.

İlk hissə bu hesabla başa çatıb. Təmsilçimiz bir də 63-cü dəqiqədə qol sevinci yaşayıb. Əks-hücum zamanı əla qurulmuş kombinasiyanı Filip Ozobiç dəqiq və baxımlı zərbə ilə tamamlayıb.

Rəqib 70-ci dəqiqədə qollardan birinin əvəzini çıxsa da, oyunda başqa qol olmayıb və hesab 2:1 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb.

Qeyd edək ki, səfər matçlarında uğursuz çıxış edən Roman Qriqorçukun yetirmələri bu sindromu qırmaqla yanaşı, həm də təmsilçilərimizin Avrokuboklardakı yubiley - 70-ci qələbəsinə imza atıblar.

Avropa Liqası

II təsnifat mərhələsi (ilk oyunlar)

14 iyul

MTK (Macarıstan) – “Qəbələ” (Azərbaycan) - 1:2

Qollar: Torgelle, 70 - Nika Kvekveskiri, 25, Ozobiç, 63

İstifadə olunmayan penalti: Kanta, 15 (MTK) (qapıçı)

Baş hakim: Boyan Pandjiç

Dyer. “Dyirmot” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR