Azərbaycan prezidenti İsveç kralını və Danimarka kraliçasını təbrik edib

Azərbaycan prezidenti İsveç kralını və Danimarka kraliçasını təbrik edib
# 04 iyun 2016 13:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İsveç kralı XVI Karl Qustavı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“İsveç Krallığının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan prezidenti Danimarka kraliçası II Marqreteni də ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib: “Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə sizi və bütün xalqınızı ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Danimarka xalqına daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR