Təhsil Nazirliyi: 8-ci sinif “Azərbaycan dili” dərsliyindəki mətnlə bağlı TQDK-nın heç bir irad və təklif qeyd olunmayıb

Təhsil Nazirliyi: 8-ci sinif “Azərbaycan dili” dərsliyindəki mətnlə bağlı TQDK-nın heç bir irad və təklif qeyd olunmayıb
# 06 oktyabr 2015 08:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “8-ci sinif “Azərbaycan dili” dərsliyində verilmiş mətnlə bağlı nəinki TQDK-nın, hətta digər qurumların da rəylərində heç bir irad və təklif qeyd olunmayıb”. Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, TQDK-nın və digər qurumların qalib elan olunmuş dərsliklərlə bağlı verdiyi yekun rəylərdə göstərilən qeydlər təkmilləşdirmə məqsədilə həmin dərsliyi hazırlayan nəşriyyata təqdim olunub, irad və təkliflərin böyük əksəriyyəti nəzərə alınıb.

Qeyd olunub ki, müsabiqədə qalib elan olunmuş bütün dərsliklərdə olduğu kimi, 8-ci sinif “Azərbaycan dili” dərsliyi də çoxsaylı mütəxəssislərin verdiyi rəylər əsasında yenidən işləndikdən sonra nazirlik tərəfindən onun nəşrinə razılıq verilib: “Bütün rəylərdə göstərilən irad və təkliflərin böyük əksəriyyəti müəlliflər və nəşriyyatlar tərəfindən nəzərə alınır. Lakin bu yanaşma müəllif hüququnun pozulması anlamına gəlməməlidir”.

Qeyd edək ki, TQDK 8-ci sinif “Azərbaycan dili” dərsliyinin maketinin qeyd edilən meyarlar üzrə tələblərə tam cavab vermədiyi haqda məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR