Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı 1374 nəfər saxlanılıb- YENİLƏNİB-2

Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı 1374 nəfər saxlanılıb- <span style="color: red;">YENİLƏNİB-2
# 16 iyul 2016 08:42 (UTC +04:00)

Bakı - APA. Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs edilən hərbçilərin sayı 1374-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə "FOX TV" məlumat yayıb. Hazırda İstanbuldakı Kuleli hərbi liseyində əməliyyat keçirilir. Liseydə 80 müdavim saxlanılıb.

***

Saat 08:42

Bakı-APA. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə rəsmi Anadolu Agentliyi məlumat yayıb.

Türkiyə agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də atışma səsləri eşidilir.

CNNTürk isə bəzi hərbi birliklərdə əsgərlərin çevrilişçi hərbçilərin rütbə nişanlarını sökdüklərini, onları polisə təhvil derdiklərini bildirib.

***

08:13

Bakı-APA. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 336 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə CNNTürk kanalının canlı yayınında Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib.

O bildirib ki, həbs siyahısı genişlənə bilər.

B. Bozdağ saxlanılanlar arasında yalnız hərbçilərin deyil, başqa vəzifəlilərin də olduğunu qeyd edib.

Ədliyyə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın harda olması barədə məlumatsız olduğunu qeyd edib.

Hadisələr nəticəsində 70-ə qədər ölü, xeyli sayda yaralı olduğu bildirilir.

***

06:14

Bakı-APA. Türkiyənin baş naziri Binali Yıldırım xalqı küçələrdə olmağa çağırıb.

APA-nın məlumatına görə, baş nazir indiyə qədər 130-dan çox hərbi rütbəlinin polis və prokurorluq orqanları tərəfindən saxlanıldığını qeyd edib.

O bildirib ki, zərərsizləşdirilən hərbçilər arasında birinin general olduğu barədə də məlumat var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR