Hesablama Palatası Şirvan Şəhər İcra Hakimiyyəti və Gədəbəy Rayon İcra Hakimiyyətində yoxlama aparacaq

Hesablama Palatası Şirvan Şəhər İcra Hakimiyyəti və Gədəbəy Rayon İcra Hakimiyyətində yoxlama aparacaq
# 13 oktyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Şirvan Şəhər İcra Hakimiyyətinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin, həmçinin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə” xərcləri bölməsi üzrə Naxçıvan MR Sanitar Karantin Müfəttişliyinin saxlanılmasına ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR