Sabunçuda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Sabunçuda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2014 04:34 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb. "Qazel" markalı yük maşını 19 yaşlı Emin Muxtarova məxsus "VAZ 21015"lə toqquşub. Qəza zamanı sürücü Emin Muxtarov və sərnişini Fərid Babayev yaralanıblar. Yük maşınının sürücüsü və sərnişini isə, hadisə yerini tərk edib. Yaralılar təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR