Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, istintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib
Hadisə
“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb - VİDEO
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Biləsuvarda iki nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-1
Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb
Xəbər Lenti
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Tramp Baydeni Ukraynaya külli miqdarda silahı pulsuz verməkdə ittiham edib
“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb - VİDEO
Tramp ABŞ və Kanada arasında ticarət sazişinin imzalanacağına əmin olduğunu bildirib
Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
Tramp: İranla müharibə başa çatdıqdan sonra benzinin qiyməti daha da ucuzlaşacaq
Makron Fransadakı iğtişaşlara görə məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib
Times: "Starlink" məhdudiyyətləri Ukraynanın ABŞ texnologiyalarından asılılığını üzə çıxarıb
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanılıb
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
“Neftçi” “Qarabağ” səfərindən 1 xalla qayıdır
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
Almaniya kansleri ölkədə ciddi siyasi parçalanma olduğunu etiraf edib
İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib
Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var
Misir parlamentində Səudiyyə Ərəbistanına yardımın müzakirə olunması üçün sessiya keçiriləcək
Türkiyə Super Liqası: “Qalatasaray” səfərdə qələbə qazanıb
Roma Papası xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Fransada etiraz aksiyaları davam edir
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib
Biləsuvarda iki nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-1
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
Füzuli Şəhəri Günü qeyd olunub - FOTO
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır
“Şahinlərin Görüşü-2026” təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO
Bu ilin sonuna kimi Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur
Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb
Bakıda keçirilən NATO təlimi başa çatıb - VİDEO
Moskvanın hava məkanı üç gündür bağlıdır, 370-dən çox uçuş təxirə salınıb
Zelenski Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırması ilə bağlı təəssüfünü ifadə edib
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Zabrat dairəsindən Maştağa qəsəbəsinə qədər avtomobillərin hərəkəti bu gündən tam məhdudlaşdırılıb
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Belqoroda Ukraynaya məxsus dron hücumları nəticəsində ölən və yaralanan var
Azərbaycan nefti 116 dollara ticarət olunur
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılıb
Azərbaycanda yük daşımaları 3% artıb