Paşha Bank
Bank Of Baku

Bakı–Qazax yolunda maşın arakəsməyə çırpılaraq aşıb - VİDEO

Bakı–Qazax yolunda maşın arakəsməyə çırpılaraq aşıb - VİDEO
# 07 sentyabr 2026 12:24 (UTC +04:00)

Bu gün Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində qəza baş verib.

APA DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, səhər saat 7 radələrində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur:

"Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.

Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.

Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.

Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".

Rövşən Tağıyev onu da vurğulayıb ki, yuxulu sürücünü qəzanın ağır nəticələrindən təhlükəsizlik kəməri qoruyub: "Baş verən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kəmərinin həyati əhəmiyyətini bir daha göstərib. Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü sükan arxasında yuxuladığı üçün nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Hadisənin ağırlığına baxmayaraq, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməsi onun avtomobildən kənara atılmasının və daha ağır nəticələrlə üzləşməsinin qarşısını alıb.

Bu hadisədə sürücünün sükan arxasında yuxulaması qəzanı qaçılmaz edib, təhlükəsizlik kəməri isə onun həyatını xilas edib. Bu fakt bir daha göstərir ki, təhlükəsizlik kəməri sadəcə inzibati tələb deyil, qəza anında insanı ölümdən qoruyan əsas vasitələrdən biridir. Avtomobil aşarkən kəmər sürücünü oturacaqda saxlayır, salonda və ya nəqliyyat vasitəsindən kənara atılma riskini əhəmiyyətli dərəcədə azaldır. Heç bir sürücü qəzanın nə vaxt baş verəcəyini əvvəlcədən bilmir. Lakin hər kəs avtomobil hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamaqla mümkün ağır nəticələrə qarşı tədbir görə bilər. Bu hadisədə bir saniyə ərzində bağlanan kəmər bir insanın həyatını qorudu. Təhlükəsizlik kəmərindən istifadəni seçim kimi deyil, həyatınızı qoruyan zəruri qayda kimi qəbul edin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR