Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Sabunçu rayonunda, Olimpiya stadionunun yaxınlığında qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə 1998-ci il təvəllüdlü Ruslan Mayılzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ötmə zamanı ona toxunub. Bu zaman “Hyundai” markalı avtomobil idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində Ş. Məmmədov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.