Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən obyektlərdən birində yanğın baş verib.
APA xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, polis və təcili tibbi yardım briqadaları da cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb və alovun digər obyektlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.