Nazir: “Azərbaycanda 400 mindən artıq əlilin sosial xidmətə ehtiyacı var”

Nazir: “Azərbaycanda 400 mindən artıq əlilin sosial xidmətə ehtiyacı var”
# 10 aprel 2013 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda yaşayan 400 mindən artıq əlilin sosial xidmətə ehtiyacı var. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, onların hamısını sosial xidmətlərlə əhatə etmək mümkün deyil: “Ancaq açıq etiraf edək ki, bu gün dünyanın heç bir ölkəsində belə bir şey yoxdur ki, onların 100 faizi bu xidmətlərlə əhatə olunsun. Ona görə bizim də əsas məqsədimiz odur ki, daha çox ehtiyacı olanlara diqqət yönəldək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR