Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev: «Rəqabətin olması bazara yalnız müsbət təsir göstərəcək»

Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev: «Rəqabətin olması bazara yalnız müsbət təsir göstərəcək»
# 29 aprel 2013 13:48 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev bildirib.

Onun sözlərinə görə, hazırda dünyada mobil sahə dinamik inkişaf edən sahələrdəndir və Azərbaycanda mövcud olan 3 mln-a yaxın gənc bu sahədə yaxşı ideya və layihələr irəli sürə bilər: «Gənclər əmin ola bilər ki, yaxşı ideya və layihənin müştərisi də hər zaman var». Buna misal olaraq E.Musayev ATM-lərin yerlərini müəyyənləşdirən naviqasiya sistemi layihəsini gətirib və bildirib ki, artıq ölkədə fəaliyyət göstərən bankların bir çoxu bu layihəyə qoşulmaq niyyətini bildirib: «Gənclər layihə hazırlayarkən onun bazarda tələbatının nə dərəcədə yüksək olmasını anlamalıdır. Belə ki, bazarda tələbatın olması vacib amillərdən biridir».

E.Musayev həmçinin qeyd edib ki, hazırda layihələrin icrası üçün dövlətin güzəştli kreditlərindən istifadə etmək olar: «Eyni zamanda, bu gün yaxşı layihələri maliyyələşdirməyə hazır olan insanlar da var. Söhbət «biznes mələkləri»ndən gedir. Gənclər yaxşı ideya və layihələrini irəli sürə bilər. Belə ki, hazırda ölkədə gənc developerlərə ehtiyac var. Bu sahədə xarici təcrübədən də yararlanmaq lazımdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR