Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin I yarısında Azərbaycanın 17 bankında müştəriləri sayı artıb, 6 bankda isə azalıb.
“APA-Economics”in 2014-cü ilin II rübündə müştərilərinin sayının illik dinamikasına görə hazırladığı renkinqinin təhlili belə deməyə əsas verir.
Ölkədəki 44 bankdan 23-ü 2013 və 2014-cü illərin iyul ayının 1-nə müştərilərinin sayı ilə bağlı məlumatları açıqlasa da, 18 bank bu göstəricini təqdim etməyib. 3 bank isə yalnız 2014-cü ilin yanvar-iyun ayları ilə bağlı məlumatları açıqlayıb.
Təqdim olunmuş məlumatları təhlil edəndə məlum olur ki, 2013-cü ilin II rübü ilə müqayisədə bu ilin II rübündə faiz nisbətində ən çox müştəri azalması “DekaBank”da qeydə alınıb. Belə ki, hesabat dövründə bu bankın müştərilərin sayı 87% azalıb. Başqa sözlə, 2013-cü ilin 6 ayında 1 498 müştərisi olan “DekaBank”da bu ilin eyni dövründə bu göstərici 193 olub.
Müştərilərinin sayının azalmasına görə ikinci yerdə “NİKOİL Bank” qərarlaşıb. Hesabat dövründə bu bankda müştərilərin sayı 70,67% azalıb. Başqa sözlə, 2013-cü ilin II rübü ilə müqayisədə 2014-cü ilin müvafiq dövründə adıçəkilən bank 116 303 müştərisini itirib.
Hesabat dövründə 6 513 müştəri itirən “Azər-Türk Bank” siyahıda üçüncü yerdə qərarlaşıb. (Bax Cədvəl-1)
Cədvəl-1
Banklar
|
Müştərilərin sayı |
Dinamika 2013-cü ilin II rübünə nisbətən (%)
|
|
1 |
Kapital Bank |
2 225 464 |
-0,17 |
2 |
Amrahbank |
56 398 |
-1,59 |
3 |
Kredobank |
31 340 |
-2,56 |
4 |
Azər-Türk Bank |
24 767 |
-20,82 |
5 |
Bank Nikoil |
48 261 |
-70,67 |
6 |
DekaBank |
193 |
-87,12 |
17 bank arasında faizlə götürsək, ən çox müştəri artımı “Dəmirbank”da müşahidə olunub. 2013-cü ilin II rübünə nisbətən bu ilin eyni dövründə adıçəkilən bankın müştərilərinin sayı 267%, yəni 88 844 nəfər artıb. İndi “Dəmirbank”ın 122 067 müştərisi var. Bu müddət ərzində “Bank VTB Azərbaycan”ın müştərilərinin sayında təxminən 100%-lik artım olub. Əgər 2013-cü ilin II rübündə bu bankın 8026 müştərisi var idisə, bir il ərzində bu göstərici 16 030-a yüksəlib. Müştərilərinin sayında artıma görə III yerdə 95%-lə “Bank BTB” möhkəmlənib. Ən az artım isə “Atrabank”da müşahidə edilib. Bu bankın 1 il ərzində müştərilərinin sayı cəmi 1 nəfər artıb. (Bax Cədvəl-2)
Cədvəl-2
Banklar
|
Müştərilərin sayı |
Dinamika 2013-cü ilin II rübünə nisbətən (%)
|
|
1 |
Dəmirbank |
122,067 |
267,41 |
2 |
Bank VTB (Azərbaycan) |
16,030 |
99,73 |
3 |
Bank BTB |
42,052 |
95,16 |
4 |
RabitəBank |
97,090 |
79,72 |
5 |
Exspressbank |
87,800 |
71,17 |
6 |
Qafqaz İnkişaf Bankı |
7,896 |
59,55 |
7 |
YapıKredi Bank Azərbaycan |
160,694 |
53,47 |
8 |
MuğanBank |
116,526 |
52,45 |
9 |
AFB Bank |
34,312 |
26,44 |
10 |
Gəncəbank |
5,311 |
22,40 |
11 |
Bank Technique |
125,967 |
21,96 |
12 |
AGBank |
102,720 |
20,57 |
13 |
Zaminbank |
164,235 |
19,21 |
14 |
Bank Standard |
225,090 |
17,75 |
15 |
TuranBank |
48,724 |
12,20 |
16 |
Günay Bank |
1,603 |
7,58 |
17 |
Atrabank |
6,708 |
0,01 |
“Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank” və “Parabank” 2013-cü ilin II rübü ilə bağlı göstəriciləri təqdim etmədiyindən bu banklar üzrə müştərilərin sayına görə illik dinamikanı müəyyənləşdirmək mümkün deyil.
Aşağıdakı banklar isə müştərilərinin sayını açıqlamaqda maraqlı deyil. (Bax:Cədvəl-3)
Cədvəl-3
Banklar
|
Müştərilərin sayı |
Dinamika 2013-cü ilin II rübünə nisbətən (%)
|
|
1 |
Unibank |
- |
- |
2 |
AccessBank |
- |
- |
3 |
AtaBank |
- |
- |
4 |
Bank Respublika |
- |
- |
5 |
Bank of Baku |
- |
- |
6 |
Yunayted Kredit Bank |
- |
- |
7 |
NBC Bank |
- |
- |
8 |
Bank Avrasiya |
- |
- |
9 |
PAŞA Bank |
- |
- |
10 |
Bank Silk Vey |
- |
- |
11 |
Azərbaycan Kredit Bankı |
- |
- |
12 |
Bank Melli İran |
- |
- |
13 |
Pakistan Milli Bankı Bakı Filialı |
- |
- |
14 |
Bank of Azerbaijan |
- |
- |
15 |
Azərbaycan Sənaye Bankı |
- |
- |
16 |
Evrobank |
- |
- |
17 |
Naxçıvanbank |
- |
- |
* Bu banklar göstəricilərini təqdim etməyib
Qeyd edək ki, lisenziyası bərpa olunan “Kövsər Bank” hələlik fəaliyyət göstərmədiyindən kredit portfelinin dinamikasına görə renkinqində bu bankın göstəriciləri yer almayıb.