Bakıda avtoservisdə güclü yanğın olub, “Nissan” və “Range Rover” avtomobilləri, 2 ədəd “Suzuki” və 3 ədəd “Harley Davidson” motosikleti yanıb

Bakıda avtoservisdə güclü yanğın olub, “Nissan” və “Range Rover” avtomobilləri, 2 ədəd “Suzuki” və 3 ədəd “Harley Davidson” motosikleti yanıb
# 12 mart 2015 03:14 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış sahibi məlum olmayan “Nissan” markalı minik avtomobilin yanar hissələri, “Range Rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley Davidson” markalı motosikletləri yanıb.

Təmirə dayanmış “Range Rover” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR